/ / İnstaşok - Bu görüntülər sizi çox təəcübləndirəcək

İnstaşok - Bu görüntülər sizi çox təəcübləndirəcək

527 Baxış



Dünya hər saniyə dəyişir, hər saniyə dəyişəndə isə həm gündəm yenilənir, həm də insanlar gündəm yaratmaq üçün daim axtarışda olurlar. Biz isə onların axtarış nəticələrindən maraqlı olanlarını toplayıb indi sizə təqdim edəcəyik.
1. Beləliklə, başladıq. Gördüyünüz bu ev, deyəsən, olduğu məkandan bezib ayağa qalxıb çıxıb getmək istəyir. Yəqin olduğu mənzərə artıq onu qane etmir. Ayağa qalxıb gedir, görür ki, yox ey elə ən yaxşısı geri qayıdıb oturmaqdır.
2. Tıxac müasir dünyanın ən böyük problemidir. Virtual illüzionist olan bu oğlan isə tıxac problemini öz meodları ilə bir neçə saniyənin içərisində həll edir. İllüziya var illüziya var da, bu tamam başqa bir aləmdir.
3. Son zamanlar sosial şəbəkələrdə belə bir trend formalaşıb. Bir nəfərin qabağından ərzaqlar keçir, o isə şansına uyğun ərzaqlara toxunur. Vay o hala ki toxunduğu məhsul quru məhsul olmasın. Bax həngamə bundan sonra başlayır.
4. Geyim mankenləri sakit durduğu müddətcə zərərsiz kimi görünsə də, insanlar mankenlərin cildinə girəndə vəziyyət kökündən dəyişməyə başlayır. Qorxu və zarafat əl-ələ verəndə isə bax bu cür mənzərələr ortaya çıxır.
5. Qrup rəqsi üçün indi əsas rəqqasın ətrafında kimlərinsə olması o qədər önəmli deyil. Qıyıqgözlülər hər dəfə gözlərini qıyanda yeni bir şey kəşf edirlər. Onu deyim ki, skeletlərlə baş tutan imitasiya rəqsindən daha çox, skeletlərin gülməli hərəkətləri insanların diqqətini cəlb edir.
6. Deyirəm, yalnız insanlar özlərini kiməsə göstərməyəcəklər ki, xüsusilə də fitneslə məşğul olanlar. Belə görünür ki, özünü kiməsə göstərmək heyvanlar arasında da, məşhurdur. Ən azından bu kenquru idman salonlarının bağlı olduğu ərəfələrdə kifayət qədər fitneslə məşğul olub, deyəsən.
7. Videoda gördüyünüz insanın belə görünür ki, döşəmə ilə problemi var. Evdə bu qədər həngaməni ona görə qurub ki, ayağı qətiyyən yerə dəyməsin. O stoldan bu stula, o divandan bu kresloya yerdən yüksəkdə gəzməyə davam edir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz