/ / Tarixin yaratdığı və tarix yaradan şəxsiyyət Heydər Əliyev

Tarixin yaratdığı və tarix yaradan şəxsiyyət Heydər Əliyev

1 069 Baxış



Belə bir sual hər zaman insanları düşündürüb ki, şəxsiyyət tarixi formalaşdırır, yoxsa tarix şəxsiyyəti yetişdirir? Əslində hər iki fikir doğrudur. Bunu Azərbaycan dövlətçiliyinin əsas sütunlarından hesab olunan müasir Azərbaycanın banisi Ulu öndər Heydər Əliyevin simasında təsdiqləmək olar.

Belə ki, Heydər Əliyevin doğulduğu, təhsil aldığı, xüsusi xidmət orqanlarında çalışdığı illər, eyni zamanda ötən əsrin 90-cı illəri ictimai-siyasi vəziyyətin gərgin olduğu dövlər kimi tarixə düşüb. Dövrün ictimai-siyasi ab-havası Heydər Əliyevin gedişata təsir göstərəcək bir insan kimi formalaşmasında önəmli rol oynayıb. Ulu öndər müxtəlif tarixi dövrlərin sınaqlarından uğurla çıxaraq zamana hakim kəsilə bilən milli siyasi iradə yaratmağı bacarıb.
Bir insanın kim olduğunu bilmək üçün ilk növbədə onu tanımaq lazımdır. Təhsil illərində bütün sinif və tələbə yoldaşlarından fərqlənən, xüsusi xidmət orqanlarında çalışdığı müxtəlif vəzifələrdə orqanı qeyri millətlərdən, xüsusilə də ermənilərdən təmizləyib, öz komandasını vətənini sevən azərbaycanlılardan quran, hələ Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyəti dövründə yanında heç kim olmadan adi insanların arasına qarışıb onlara hiss etdirmədən vətəndaşların problemləri ilə maraqlanan, iş otağının arxasındakı kiçik otaqda naharını, şam yeməyini edib gərgin iş rejiminə geri dönən, gec saatlara qədər iş otağında çalışıb vətəninin gələcəyi üçün taleyüklü addımlar atan bir insanı tanımaq adama o qədər hüzur, sevgi, sevinc və güvən verir ki.

Ulu öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyət idi ki, o eyni gündə həm müəllim, həm mühəndis, həm həkim, həm aqronom, həm tarixçi, həm siyasətçi, həm adi vətəndaş ola bilirdi. Görüş keçirəcəyi insanların həyat və fəaliyyəti, gördüyü iş, ixtisası ilə bağlı dərin araşdırma aparıb onunla onun dilində danışan bir insan idi, Ümummilli lider.

Onu heç bir dövrün ağır sınaqları tutduğu yoldan geri döndərmədi. Xüsusi xidmət orqanlarında çalışdığı vaxt həddən artıq vətənpərvər olan, ədalətsizliyə haqq səsini ucaldan bir insan olduğu üçün Heydər Əliyevin fəaliyətinə mane olan insanlar ortaya çıxdı. Lakin o özünün milli iradəsindən geri çəkilmədi. 90-cı illərin ağır siyasi, iqtisadi və hərbi böhran dönəmlərində belə əvvəlcə onun Bakıya gəlişinə maneə yaratmağa çalışan qüvvələr, sonradan Ulu öndərin təcili köməyinə özlərini möhtac hiss etdilər. Xalq ölkəni düşdüyü bəladan xilas edən qəhrəmanını istəyirdi, o da gəldi və ölkəni dərin xaosdan xilas etdi. Xilaskarlıq missiyası ölkənin işıqlı gələcəyinin qarantı oldu.
Bu gün qələbəni dadan bir xalqıqsa, bu gün güclü iqtisadiyyatımız, diplomatik nüfuzumuz varsa, bunu ilk növbədə Ümummilli lider Heydər Əliyevə və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə borcluyuq. Azərbaycan var olduqca, Heydər Əliyev sevgisi yaşayacaq və onun vaxtında əkdiyi inkişaf toxumları daim çiçək açacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz