/ / Gəncə daşların yaddaşı - Gəncədə sirli məclis

Gəncə daşların yaddaşı - Gəncədə sirli məclis

970 Baxış


Keçmişinə baxıb həyata keçirdiyi taleyüklü məsələləri, çoxlarının yerinə yetirməyə cürət etmədiyi nüansları, başqaları kimi sinəsinə döyə-döyə dilinə gətirməyən tarixi şəxsiyyətlər bu kompleksdə fiziki səssizliklərini qoruyub saxlayırlar. Onların deməyə sözləri olmadığı üçün belə səssiz dayanmayıblar. Bu insanların xidmətləri danışa biləcəklərindən qat-qat artıqdır. Sadəcə onlar bir-birini yaxşı tanıyırlar. Bu önəmli fiqurların bəziləri bir-birinin müasiri olmasalar da, niyyətləri əslərin bütün sınaqlarında eyni nöqtədə kəsişməyi bacarıb və ölkə üçün bir nöqtəyə vurmağın vacibliyini dərk edib.
Sıra ilə düzülən bu büstlərin aid olduğu şəxsiyyətlərin yaşadığı dövrdən bizi 13 əsr və ya yaxın tarimizə nəzər salıb Cümhuriyyət dönəmini göz önünə gətirsək, sadəcə bir əsr ayırsa da, kompleks müasir dövrün məhsuludur. Bu maddi-mədəniyyət nümunəsinin əsası 2011-ci ildə gəncəli Hacı Adil Məşədi Polad oğlu Mirzəyevin şəxsi təşəbbüsü və vəsaiti hesabına qoyulub.
Ozanların atası Dədə Qorqud burda kompleksin mərkəzində dayanıb tarixi-əfsanəvi şəxsiyyət kimi ağsaqqal mövqeyini nümayiş etdirir. Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəldən, mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl Xətai, xalq qəhrəmanı Səttarxan, Cənubi Azərbaycandakı Milli azadlıq hərəkatının rəhbəri Şeyx Məhəmməd Xiyabani, Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvəri burdakı məşvərət məclisinin fəxri üzvlərindən hesab olunurlar. Cavad Xanın rus işğalçı qoşunlarına qarşı son damla qanına kimi apardığı mübarizə bu şəxsiyyətə burda da əbədiyaşarlıq qazandırıb.
Türkmənçay müqaviləsi ilə dövlətilik ənənələrini itimiş Odlar yurdunun müstəqilliyini özünə geri qaytarıb istiqlal ab-havasını millətinə yaşatmağı bacaran Cümhuriyyət fədailəri, xidmətlərini dilə gətirməsələr də, bu kompleksin müzakirə məclisində hər şey hər kəsə bəlidir. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Cahangir bəy Kazımbəyli, Sarı Ələkbər, Abidli Əliqara Məmmədli bu və ya digər səviyyədə Cümhuriyyətin yaranması və ayaqda dayanması üçün 23 ayın son gününə kimi şərəflə mübarizə aparıblar.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz