/ / Gəncə Azərbaycan Gəncləri Gününü qeyd edir

Gəncə Azərbaycan Gəncləri Gününü qeyd edir

1 835 Baxış


Gəncə şəhərində 2 fevral Azərbaycan Gəncləri Günü qeyd edilib. Rəsmilər və ictimaiyyət nümayəndələri əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.
Heydər Əliyev Mərkəzində dövlət himni səsləndirildikdən sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Vüsal Mirzəyev hesabat xarakterli çıxış edərək ötən il gənclərlə bağlı Gəncədə keçirilən layihələr haqda məlumat verib. Bildirib ki, ölkədə olan gənclər evlərinin əsas məqsədi gənc təşəbbüslərinin dəstəklənməsi və inkişafı üçün şəraitin yaradılmasından ibarətdir. Bu istiqamətdə Gəncədə də bir sıra işlər icra olunur, gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif dərnəklər və klublar fəaliyyət göstərir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri bayram günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. Bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan bu bayram Ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. “Ölkəmizdə hər bir sahədə qazanılan uğur dövlətimizin yüksək potensiala malik olduğunu göstərir və bu uğurların əldə edilməsində gəncliyin xüsusi rolu var”-deyən icra başçısı əlavə edib ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin bütün sferalarında təmsil olunmaqla aparıcı qüvvəyə çevriliblər.
Sonra Niyazi Bayramov şəhərdə öz fəallığı ilə seçilən bir sıra gəncləri fəxri fərman və hədiyyələrlə təltif edib.
Gənc alimlərin, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə çalışan fəal gənclərin, könüllülərin iştirak etdiyi tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin foyesində gənclərin əl işlərindən ibarət rəsm sərgisi də nümayiş olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz