/ / Gəncədə 650 baldan yuxarı nəticə göstərənlər mükafatlandırıldılar

Gəncədə 650 baldan yuxarı nəticə göstərənlər mükafatlandırıldılar

580 Baxış


Yeni Azərbaycan Partiyası Gəncə şəhət Təşkilatında 2020-2021-ci tədris ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Gəncədən olan digər millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda yüksək nəticə göstərmiş məzunlarla görüşüblər.
650 baldan yuxarı nəticə göstərən məzunlarla görüşdə bildirilib ki, təhsil cəmiyyətin inkişafını təmin edən əsas sahədir. Tədbirdə bu il Gəncə şəhəri üzrə yüksək bal toplayan 8 gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondunun xətti ilə icra olunan layihə və proqramlar çərçivəsində ölkədə yeni məktəb binaları tikilir, məktəbəqədər təhsil müəssisələri təmir olunaraq müasir avadanlıqlarla təchiz edilir. Bütün bunlar şagirdlərin yüksək səviyyədə təhsil almaları, elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Gəncə təhsilində qazanılan nailiyyətlər də göstərilən bu diqqət və qayğının nəticəsidir.
Tədbirin sonunda millət vəkilləri gənclərlə xatirə şəkili çəkdiriblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz