/ / YAP gəncləri Gənclər Günü bir araya gəldilər - VİDEO

YAP gəncləri Gənclər Günü bir araya gəldilər - VİDEO

958 Baxış


Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Gəncədə YAP gəncləri üçün əyləncəli tədbir keçirilib. Tədbirdə YAP namizədləri və millət vəkilləri, gənclərə dəstək verən bir çox təşkilatların nümayəndələri, idmaçılar iştiak ediblər. Dövlət himni səsləndirildikdən sonra qonaqlar gəncləri təbrik edib, xoş arzularını çatdırıblar.
Bir qrup fəal gənc Yeni Azərbaycan Partiyası və tədbirin tərəfdaşları adından hədiyyə və fəxri fərmanlarla təltif edilib. Bundan başqa...
Stimullaşdırıcı addımlar gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, onlarda olan potensialın üzə çıxarılmasına hesablanıb.
Tədbirdə gənclər arasında müxtəlif viktorinalar, zəka yarışları, mahnı və şeir müsabiqələri də keçirilib.
İstedadlı gənclərin və “Dj”in ifaları tədbirə rəng qatıb. Qeyd edək ki, tədbirdə tərəfdaş qismində Kapital Bank, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzi, Mars Academy, Gəncə Destinasiya Menecmenti Təşkilatı, CV DENTAL, MİF studio, Offside kimi müəssisə və təşkilatlar fəal gənclərə hədiyyələr təqdim ediblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz