/ / Gəncədə bilik günü karantin qaydalarına uyğun təşkil olunub

Gəncədə bilik günü karantin qaydalarına uyğun təşkil olunub

497 Baxış


#Gəncə #bilikgünü #məktəb
Bu gün 15 sentyabr yəni bilik günüdür. Bu elə bir tarixdir ki, yaşından asılı olmayaraq hər kəsi həyacanlandırı. Kimlərsə bu gün ilk dəfə məktəblə tanış olacaq kimlərinsə məktəbdə sonuncu təhsil ilidir. Bəziləri ovladını məktəbə yola salmağın həyacanında bəziləri isə öz nəvəsini parta arxasında görməyin həvəsindədir. Lakin sadaladığım bütün bu arzu və istəklər təssüflər olsun ki, bu il qismən yaşandı. Səbəb isə hər kəsə məlumdur. Dünyanı cənginə alan koronavirus pandemiyası boyükdən kiçiyə hər kəsi bu bəlaya qarşı diqqətli olmağ və mübarizə aparmağa məcbur edir. Elə təhsil nazirliyidə xüsusi karantin rejimini nəzərə alaraq bu il ümumtəhsil müəsisələrində əyani şəkildə bilik gününün keçirilməsini qadağan edib. Bu gündən əyani dərslə başlayan ibtidai sinif şagirdləri isə karantin qaydaları əsasında yoxlanılaraq məktəbə buraxılıblar. Gəncədə də xüsusi karantin qaydalarının tələblərinə uyğun olaraq yeni dərs ilinə start verilib.
Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəsisələrində tədris və təlim-tərbiyyə prosesinin təşkili qaydalarına əsasən bu il yalnız 5 ci sinifə qədər olan şagirdlər Bakı, Sumqayıt və Abşeron rayonunda həftədə 2 dəfə digər şəhər və rayonlarda 3 dəfə olmaqla sentyabrın 15 dən əyani təhsil alacaqlar. Qeyd edək ki, bu il Gəncədə 46 orta məktəb və 3 internat tipli gimnaziyada ümumilikdə 42 mindən çox şagird təhsil alacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz