/ / 18 ev, 986 mənzil... Gəncədə sosial evlərdən xəbər var

18 ev, 986 mənzil... Gəncədə sosial evlərdən xəbər var

666 Baxış


6 hektardan artıq ərazidə tikinti işləri plan üzrə gedir. Layihənin birinci mərhələsi ilin sonuna yekunlaşacaq. Söhbət Gəncədə Bayraq küçəsində yerləşən, 18 binadan ibarət güzəştli mənzillərin inşasından gedir. Birotaqlı və studio tipli mənzillərin sahəsi 35 kvadrat, ikiotaqlıda 57, üçotaqlıda 75, dördotaqlı mənzillərdə isə 97 kvadratmetrdir. Binalardan 12-si 9, 6-sı 12 mərtəbəlidir. Layihəyə 125 yerlik uşaq bağçası və inşası artıq yekunlamış 1176 şagird yerlik məktəb də daxildir. 2021-ci ilin sonunadək tikinti işlərinin tam başa çatdırılması və Kompleksin təhvil verilməsi planlaşdırılır. Gəncədə güzəştli mənzillərin qiyməti satış elanı zamanı məlum olacaq. Qeyd edək ki, yaşayış yerindən asılı olmayaraq MİDA-nın istənilən yaşayış komplekslərindən mənzilə sahib olmaq mümkündür. Bunun üçün kateqoriyaya uyğun şəxs zəruri sənədlərlə güzəştli mənzil elektron sisteminə müraciət etməlidir. Müraciət əsasında şəxsi kabinet açıldıqdan sonra onlayn satışlarda iştirak mümkündür. Ətraflı məlumatları mida.gov.az saytından və ya ASAN Xidmət mərkəzlərində MİDA pəncərələrindən öyrənmək olar. Güzəştli mənzillərin inşası ölkə rəhbərinin xüsusi nəzarətindədir. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci ilin iyun ayının 24-də Gəncə şəhərində inşa olunan yaşayış kompleksinin tikintisi ilə tanış olub, ölkə başçısı Agentliyin fəaliyyətinə dair tövsiyə və tapşırıqlarını verib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz