/ / Millət Vəkili Naqif Həmzəyev Gəncə Tibb Kollecinin tələbələri ilə görüşüb

Millət Vəkili Naqif Həmzəyev Gəncə Tibb Kollecinin tələbələri ilə görüşüb

769 Baxış

18 oktyabr Dövlət Müstəqilliyi Günündə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə Musiqi Kollecinin tələbələri ilə görüşüb.

Ölkəmizin uğurlu inkişaf siyasətinin bütün sahələrdə tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyük rolu olduğunu qeyd edən millət vəkili Naqif Həmzəyev tədbir iştirakçılarını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Millət vəkili bu gün ölkədə aparılan uğurlu dövlət-gənclər siyasətindən, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb.

Naqif Həmzəyevin geniş təşkilatçılığı ilə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində şəhər partiya təşkilatında mühüm tədbirlər həyata keçirildiyini, gənclərin səmərəli fəaliyyətə cəlb olunduğunu qeyd edib.

Tədbirdə ölkəmizdə və Gəncədə dövlət gənclər siyasətinin icraçı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.

Fəal gənclər həmçinin YAP Gəncə şəhər təşkilatında keçirilən dəyirmi masaların, seminarların, diskussiya, debat və treninqlərin, Təlim və Resurs Mərkəzinin onların bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələrdən söhbət açıblar.

Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclərin təklifləri dinlənilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz