/ / YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib

YAP Gəncə şəhər təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib

748 Baxış

Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə 9 Noyabr Dövlət Bayraq Günü münasibətilə təntənəli tədbir təşkil edilib.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov və gənclərin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdən əvvəl iştirakçıların üzlərinə boyalarla üçrəngli bayrağımızın şəkli çəkilib, hər kəsə bayraq paylanıb. Tarixin özü qədər qədim olan bir ölkənin müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız tədbir iştirakçılarının əllərində daha möhtəşəm, daha şərəflə dalğalanıb.

Millət vəkili Naqif Həmzəyev ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə isə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən, Dövlət bayrağımıza münasibəti hər bir vətəndaş üçün nümunədir.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.

Çıxışlarda Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanacağına əminlik ifadə olunub.

Qeyd edək ki, bayram tədbirinin bədii hissəsi milli atributumuz olan bayrağın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşıl

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz