/ / Postpandemiya dövrü: ekologiya, turizim, təhsil...

Postpandemiya dövrü: ekologiya, turizim, təhsil...

599 Baxış


Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə Postpandemiya dövründə ekologiya, turizim, təhsil və media adlı növbəti videokonfrans keçirilib. Silsilə şəklində keçirilən vebinarda məruzəçilər bu dəfə qeyd olunan sahələr üzrə iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Milli Məclisin deputatı YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin moderatorluğu ilə keçirilən videokonfransda çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan dövlətinin koronovirusla mübarizədə nümunəvi işlər gördüyünü və pandemiyaya qarşı ən operativ tədbirlər həyata keçirən ölkələr sırasında ilk yerlərdə qərarlaşdığını diqqətə çatdırıb.
Ölkənin ikinci böyük şəhəri olan Gəncədə də pandemiya ilə mübarizədə bütün imkanlar səfərbər edilib. Bu barədə isə çıxışında Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev danışıb.
Çıxışlarda ekoloji tarazlığa və ətraf mühitin qorunmasınada yer verilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məruzəsində bəzi təbii ehtiyatların tükənmək təhlükəsi barədə danışıb.
Konfransın işində pandemiya ilə mübarizədə ön cəbhədə döyüşən gənclər də diqqətdən kənarda qalmayıb. Gənclərin suallarını cavablandıran Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bu mübarizədə könüllü gənclərin xüsusi fəallıq göstərdiyinə diqqət çəkib.
Koronavirusla mübarizədə önəmli misiyalardan biri də media orqanlarının üzərinə düşüb. Bütün çətinliklərə baxmayaraq insanlar baş verənlərlə bağlı ən operativ şəkildə məlumatlandırılıb və mübarizə tədbirlərinin əsasını təşkil edən marifləndimə işlərində xüsusi rol oynayıblar.
Pandemiyanın bir çox ölkələrin iqtisadiyyatına ciddi zərər vurduğu bir vaxtda, xüsusəndə iqtisadiyyatında turizminin əsas rolu olan ölkələrin nə kimi tədbirlər həyata keçirdikləri də konfrans iştirakçılarının marağını cəlb edib. Bu məsələyə isə videokonfransın məruzəçilərindən olan Selçuk Universitetinin Turizim fakültəsinin dekanı Necmi Uyanık toxunub.
Konfrans öz işini sabah da davam etdirəcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz