/ / YAP Gəncə şəhər Təşkilatı yardım aksiyasını davam etdirir

YAP Gəncə şəhər Təşkilatı yardım aksiyasını davam etdirir

569 Baxış


Respublikamızda koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində sistemli tədbirlər həyata keçirilir. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizədə görülən işlərə fəal şəkildə qoşulub. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə də “Biz Birlikdə Güclüyük” devizi ilə humanitar aksiyalar davam edir.YAP Gəncə şəhər təşkilatıda sosial aksiyaya yaxından dəstək göstərir. Əhalinin həssas təbəqəsinə, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə eləcədə Qarabağ müharibəsi əlillərinə və Şəhid ailələrinə ərzaq yardımı olunur. Aksiya gündəlik olaraq həyata keçirilir. Mobil quruplar ehtiyacı olanların ünvanlarını örgənir.Daha sonra ailənin ərzaq və digər zəruri ehtiyacları YAP Gəncə şəhər təşkilatı tərəfindən qarşılanır.İlk mərhələdə 100 ərzaq bağlamaları verilib.Yardımlar zamanı Milli Məclisin Gəncədən seçilən millət vəkilləri də yaxından iştirak edirlər.Deputatalar əhaliyə hər cür dəstək göstərirlər. Xatırladaq ki, YAP Gəncə şəhər təşkilatı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu günə qədər 600 yaxın ailəyə yardım paylanılıb.Zəruri ərzaq yardımları Yeni Azərbaycan Partiyasının fəal könüllüləri tərəfindən çatdırılır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz