/ / Könüllülər Milli Məclisdə necə fəaliyyət göstərəcəklər?

Könüllülər Milli Məclisdə necə fəaliyyət göstərəcəklər?

684 Baxış


Könüllülər Milli Məclisdə necə fəaliyyət göstərəcəklər?
Könüllülər Milli Məclisdə bir sıra şöbələrdə fəaliyyət göstərə biləcəklər. Bu barədə Milli Məclisin sədr müavini Adil Əliyev Yeni Azərbaycan Partiyasının və partiyanın Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə “Pandemiya dövründə gənclərin asudə vaxtının təşkili” mövzusunda vebinarda gənclərin suallarını cavablandırarkən məlumat verib. Millət vəkili bildirib ki, 2020-ci ilin Könüllülər ili elan edilməsilə bağlı Milli Məclisdə könüllülər qrupu yaradılması təşəbbüsü ilə çıxış edib və buna dair məktubu artıq icraata yönəlib. Bundan başqa regionlarda deputat ofislərində də könüllülərin fəaliyyəti kimi yeniliklərin planlaşdırıldığını deyən Adil Əliyev qeyd edib ki, bu gənclərin gələcəyin millət vəkili kimi yeştişməsinə töhfə olacaq.
Adil Əliyev MM-in sədr müavini:
“Milli Məclis aparatı məktubun icrasıyla bağlı müəyyən tədbirlərin hətata keçirilməsilə məşğuldur. Könüllülərlə bağlı repsublika üzrə sorğular nəticəsində kriteriyalarımız var. Bu kriteriyalara uyğun olan insanları – gəncləri qəbul edəcəyik. Onları digər təşkilatlarda olduğu kimi 3-6 aylıq və ya 1 illik, ola bilər daha qısa zaman kəsiyi baxımından dəvət edəcəyik. Məxvi sənədlərlə bağlı şöbələrdə könüllülər iştirak edə bilməyəcəklər. Çünki, onların belə sənədlərlə işləmək icazəsi yoxdur. Könüllülər bilirsiz ki, adətən beynəlxalq tədbirlərin həyata keçirilməsində, gələn qonaqların hava limanında qarşılanması, onların otellərə yerləşdirilməsi, konfransların təşkilində iştirak edirlər. Biz müzakirə edəcəyik ki, onlar hansı şöbələrdə fəaliyyət göstərə bilərlər. Yəni bu bütün şöbələri əhatə etmiyəcək. Onlar məxvi sənədlər olmayan şöbələrdə fəaliyyət göstərəcəklər”.
“Əlavə könüllülərlə, deputata dəstəklə bağlı layihəmiz var. Açıqlamaq istəmirəm, ancaq hesab edirik ki, tam işləyib hazır etdikdən sonra bölgələrdə də bu işə başlayacağıq. Çünki, ola bilsin bölgələrdə bizim kriteriyalarımıza uyğun gələ bilən gənclər var. 3-4-cü kursdan sonrakı yaş qruplarına aid olacaq. Böyük bir təcrübə verəcək. Gələcəkdə millət vəkili kimi yetişməsində MM-in çox böyük töhfəsi olacaq. Ona görə də biz ola bilsin ki, regionlardan da gəncləri dəvət edək”.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz