/ / Gəncədə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

Gəncədə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

586 Baxış


Gəncədə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.Gəncə şəhər Nizamı Rayon İcra Başcısı Nizami Hacıyev, Milli məclisin deputatı Naqif Həmzəyev və Hüquq Mühafizə Orqamlarının əməkdaşları rayon ərazısində fəaliyyət göstərən ərzaq mağazalarına baş çəkib, buradakı mövcud vəziyyət və qitmətlərlə maraqlanıb.Onlar bir sıra apteklərdə də olub.
İcra başcısı və millət vəkili sahibkarlar, satıcı və alıcılarla maarifləndirici söhbət aparıb, kassaların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatıladıblar. Rayon rəhbəri və deputat Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarına məhəl qoymayaraq küçəyə çıxan sakinlərlə də söhbət edib.
Həmçinin bildirilib ki, hazırki şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.
Rayon rəhbəri və millət vəkili zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə ehtiyyatlı davranmağı, qoruyucu maska və əlcəklərdən istifadə etməyi tövsiyyət ediblər.Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz