/ / Gəncə - Gənclər üçün "İL SONU" tədbiri

Gəncə - Gənclər üçün "İL SONU" tədbiri

831 Baxış

Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İl Sonu” adlı gənclər üçün əyləncəli bayram tədbiri keçirilib.

Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil edilən tədbirdə YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkədə görülən işlərdən, onlara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkə Başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.
“Xüsusən, Yeni Azərbaycan Partiyasının sıralarıda yer alan gənclər ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə cəmiyyətimizin fəal təbəqəsi kimi özlərini təsdiqləyiblər” – deyə Orxan Əhmədov bildirib.

Gəncləri əlamətdar bayramlar münasibətilə təbrik edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov yola saldığımız 2019-cu ildə istər idman, istərsə də gənclərlə iş sahəsində uğurlu göstəricilərin əldə edildiyini diqqətə çatdırıb.
Bayram şənliyində bir-birindən şux mahnılar, rəqslər, rəngarəng çıxışlar, viktorinalar gənclər tərəfindən alqışlarla qarşılanıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz