/ / Yardım üçün YAP Gəncə şəhər Təşkilatının qaynar xəttinə olunan müraciətlər cavabsız qalmayıb

Yardım üçün YAP Gəncə şəhər Təşkilatının qaynar xəttinə olunan müraciətlər cavabsız qalmayıb

595 Baxış


Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi qaydalarını nəzərə alaraq, evdəqalan yaşlı vətəndaşlara yardım aksiyasını davam etdirir. Yardımlar partiya təşkilatında fəaliyyət göstərən qaynar xəttə olunan müraciətlər əsasında həyata keçirilir. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev təşkilatın üzvləri ilə birgə yardım üçün müraciət olunan unvanlara gələrək icərisində tibbi ləvazimat və ərzaq məhsulları olan yardım bağlamaları paylayıblar. Vətəndaşların problemləri ilə yaxından maraqlanan millət vəkili, dinindən, dilindən asılı olmayaraq, hər bir Azərbaycanlının daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Mütəmadi olaraq diqqətdə saxlanılan ahıl vətəndaşlar onlara göstərilən bu qayğıdan məmnunluq duyduqlarını ifadə ediblər.Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında yaradılan qaynar xətt bu kimi insanlara kömək göstərmək üçün 24 saat fəaliyyət göstərir. Mütəmadi həyata keçirilən yardım aksiyası karantin müddəti başa çatanadək davam etdiriləcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz