/ / GDU-da keçirilən imtahanları media nümayəndələri yaxından izləyib

GDU-da keçirilən imtahanları media nümayəndələri yaxından izləyib

1 574 Baxış



Gəncə Dövlət Universitetində (GDU) 2019-2020-ci tədris ili üzrə qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV numayədlərinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda ictimaiyyət nümayədləri ilə yanaşı valideyinlər də iştirak edib. Media nümayəndələri imtahan otaqlarında olub ayrı-ayrı fənlər üzrə tələbələrin eyni vaxtda biliyinin yoxlanmasında test imtahan prosesini izləyiblər.
İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədi ilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. İmtahanların obyektiv və şəffaf təmin olunması tələbələrlə yanaşı valideyinləri də razı salıb. Qonaqlara imtahan prosesi barədə ətraflı məlumat verilib. Media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani həm də qiyabi şöbə üzrə yazılı test üsulu olmaqla yanvar ayının 31-nə kimi davam edəcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz