/ / Naftalanda 2019-cu ilin yekunlarına dair müzakirələr aparılıb

Naftalanda 2019-cu ilin yekunlarına dair müzakirələr aparılıb

876 Baxış


Naftalanda ötən il qarşıya qoyulan vəzifə və öhdəliklər uğurla yerinə yetirilib. Bunu hesabat yığıncağında çıxış edən rayon rəsmiləri qeyd edib. Bildirilib ki, ötən ilin hesabat dövründə rayonun ümumi məhsul istehsalı 22.5 faiz artaraq 34 milyon 983 min manata çatdırılıb. Sənaye məhsulu xidmətlərinin həcmi 21.9 faiz artaraq 2 milyon 470 min manat təşkil edib. Əhaliyə göstərilən nəqliyyat və təsərrüfat xidmətinin həcmi 3.2 faiz artaraq 325 min manat müəyyən edilib. Ümumi məhsul istehsalında kənd təsərrüfatı məhsullarının payı 1 milyon 514 min, tikinti işlərinin payı 21 milyon 858 min manat olub. Ötən il Məşğulluq Mərkəzi tərəfindən 912 nəfər iş axtaran kimi qeydə alınıb, onlardan 426 nəfəri işlə təmin olunub. Təşkil olunan əmək yarmarkasında 25 nəfər ixtisasına və peşəsinə uyğun işlə təmin olunub. Hesabat ilində aparılan quruculuq abadlıq işləridə diqqətdən kənarda qalmayıb. 2019-cu ildə rayonun 200 nəfərlik körpələr evi uşaq bağçası tikilərək istifadəyə verilib. Bundan başqa şəhər xəstəxanasının iki inzibati binası, Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana və Tarix Diyarşünaslıq muzeyi əsaslı təmir olunub. Ölkə prezidentinin tapşırığına əsasən həyata keçirilən əhalinin icbari tibbi sığortası çərçivəsində 7 min dən çox rayon sakini müayinədən keçirilib. Xəstəlik aşkar olunan 1590 nəfərə ambulator, 71 nəfərə isə stasionar xidmət göstərilib. 12 nəfər isə ixtisaslaşmış tibb müəsisələrinə göndərilib. Ötən il rayona səfər edən turistlərin sayında da ciddi artım yaşanıb. Rayonun turizim potensialını yaxından görmək üçün, dünyanın 61 ölkəsindən 40 min turist qonaq olub. Hesabat ilin də olunan uğurların, 2020-ci ildə də qarşıya qoyulan vəzifə və öhdəliklərin maksimum yerinə yetiriləcəyinə inam yaratdığı iştirakçıların diqqətinə çatdırılıb. Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz