/ / YAP Gəncə şəhər təşkilatı yardım aksiyasını davam etdirir

YAP Gəncə şəhər təşkilatı yardım aksiyasını davam etdirir

673 Baxış


Ölkənin ikinci böyük şəhəri olan Gəncədə koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı isə karantin rejimi qaydalarını nəzərə alaraq növbəti yardım aksiyasında iştirak ediblər.
Aksiyada Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev təşkilatın üzvləri ilə birgə yardım üçün müraciət olunan ünvanlara gələrək yaşı 65-dən yuxarı olan, partiya veteranları üçün içərisində tibbi ləvazimat və ərzaq məhsulları olan yardım bağlamaları paylayıblar.
Milli Məclisin deputatı Naqif Həmzəyev koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı sakinlərə qarşı xüsusi həssaslıq nümayiş etdirib, xəstəlikdən qorunma yolları ilə əlaqədar maarifləndirici məlumat verib.
Yaşlı insanlar bu nəcib təşəbbüsə görə təşəkkür edib, əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya və millət vəkili Naqif Həmzəyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki , Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında yaradılan qaynar xətt ahıl vətəndaşlara kömək göstərmək üçün 24 saat fəaliyyət göstərir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz