/ / Gəncənin tarixi adının bərpasından 30 il ötür

Gəncənin tarixi adının bərpasından 30 il ötür

1 629 Baxış


Yeni ilin gəlişi və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində gəncəlilər özlərinin daha bir bayramını qeyd edir. 1989-cu il dekabr ayının 30-u dəfələrlə adı dəyişdirilən Nizami yurdunun adı özünə qaytarılıb. Zaman-zaman Abbasabad, Yelizavetpol, Kirovabad kimi adlandırılan şəhərin sovetlər birliyi dönəmində, daha dəqiq desək 60, 62 və 87-ci illərdə yenidən Gəncə adlandırılması üçün bir neçə dəfə cəhd göstərilsədə bu istiqamətdə konkret addımlar Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə atılıb.
Fuad Əliyev AMEA-nın Gəncə Bölməsinin sərdi, akademik Gəncənin adının dəyişirilməsinin ilk bünövrəsini Ulu Öndərimiz Heydər Əliyev qoydu. Səksən doqquzuncu ildə onda hələ Kirovabad adlanırdı, şəhər xalq deputatları sovetində belə bir iclas oldu, mən də iclası aparanlardan biri idim, orada məsələ qaldırıldı ki, Gənəcə şəhərinin adı özünə qaytarılsın, çünki, bu minilliklər boyu Gəncə kimi yaşayıb və bütün tarixi əsərlərdə, əlyazmalarda, qədim xəritələrdə Gəncə sözü yaşayıb minillər boyu.
1989-cu ilin oktyabrında Gəncənin adıyla bağlı toplanan imza kampaniyası şəhər sovetinin sessiyası ilə nəticələnir. Möhtəşəm coşqu yaşanan zala hamı daxil ola bilmədiyi üçün meydandakı əhalinin də eşidə bilməsi üçün səs gücləndirilər qoyulur və hökumət vəziyyəti qəbul edir. Gəncənin tarixi adı özünə qaytarılır.
Fuad Əliyev AMEA-nın Gəncə Bölməsinin sərdi, akademik O vaxt Gəncədə iki rayonun yaranması haqqında fikir yarandı, o zaman Moskva hər şeyə rəhbərlik edirdi, Heydər Əliyev Kəpəz və Nizami olmasının üstündə dayandı, elədə oldu və Nizami rayonunun ərazisində Yeni Gəncə məhəlləsi yarandı və Gəncə adı yenidən orada yeni Gəncə olaraq formalaşdı. Və biz çox sevinirik ki, Gəncəmiz yenə yaşayır, inkişaf edir, böyüyür və bu gün Gəncəyə baxan hər bir adam fəxr edir.
Naqif Həmzəyev millət vəkili Bu gün Gəncə şəhərinin adının bərpasının biz artıq 30 illiyini qeyd edirik və çox sevindirici haldır ki, Azərbaycan müstəqildir. Azərbaycan güclü bir dövlətə çevrilib, Azərbaycan inkişaf edir və möhtərəm Prezidentimiz İlham Əliyevin Gəncəyə diqqəti və qayğısı var və gəncəlilər bu diqqət, qayğını hiss edirlər.
Gəncə son illər ərzində sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Şəhərin girişində dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Qədim mədəniyyət mərkəzində klassik üslubunda inşa edilmiş ölkənin ən böyük və müasir filarmoniyası, sürət qatarı, nəhəng ticarət mərkəzləri istifadəyə verilib.
Naqif Həmzəyev millət vəkili Biz gəncəlilər olaraq da çalışmalıyıq ki, bu adı daim uğurlarla nailiyyətlərlə bərabər çəkilsin. Və biz də belə bir qərara gəldik ki, məhz bizim Gəncə adının 30 illiyi ərəfəsində internet məkanda Gəncə adını daşıyacaq bir televiziyanın fəaliyyətə başlamasına nail olaq, çox sevindirici haldır ki, bizim internet veb səhifəmiz də məhz bu gündən fəaliyyətinə başlayır və inanıram ki, biz internet məkanda da Gəncə adının daim çəkilməsi, var olması üçün mücadilə edəcəyik.
Gəncə adını daşıyan internet televiziyasında şəhərin sosial və iqtisadi gündəmi operativ şəkildə işıqlandırılacaq. Əhalini maraqlandıran mövzular əks olunacaq, o cümlədən maarifləndirici xarakterli materiallar və tarixi yerlərlə bağlı silsilə reportajlar yer alacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz