/ / Koronavirus həyatımızda nələri dəyişdi?

Koronavirus həyatımızda nələri dəyişdi?

573 Baxış


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərara əsasən bir çox dövlət və özəl şirkətlərdə koronavirus pandemiyasına qarşı xüsusi rejim həyata keçirildi. Məhz bu səbəbdən mütəxəssislər insanlara virusa tutulma riskinin yüksək olduğu ölkələrə getməmələri mövzusunda xəbərdarlıq etdi. Bununla əlaqədar olaraq aviaşirkətlər də uçuşları ləğv etdilər. Həmçinin mart ayının 29-na qədər ölkədaxili sərnişin qatarlarının hərəkəti də dayandırıldı. Bütün bunlar onun göstəricisidir ki, mümkün olduğu halda, insanlar ev şəritində daha çox vaxt keçirməlidirlər.
Verilən tapşırıqla avtobuslarda, ofis və məktəblərdə, eyni zamanda dövlət sektorlarında xüsusi dezinfeksiya işləri davam edir. Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki, koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyətinə malikdir.
Koronavirus infeksiyası ölkəmizdə hər il keçirilən Novruz bayramına da böyük təsir göstərib. İnsanlar bayram planlarını təxirə salaraq evlərində, yazın gəlişini elə sakit şəkildə qarşılamaq məcburiyyətində qaldı.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz