/ / Gəncədə təmizlik-abadlıq işləri davam etdirilir

Gəncədə təmizlik-abadlıq işləri davam etdirilir

579 Baxış


Bütün ölkədə olduğu kimi Gəncə şəhərində də abadlıq, təmir-bərpa və tikinti işləri sürətlə davam etdirilir. Şəhərin bir sıra ərazilərində yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir.
Bununla yanaşı Gəncənin müxtəlif hissələrində mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Mütəmadi olaraq ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.
Mövsüm ərzində Gəncə şəhərində aparılan təmizlik-abadlıq və yaşıllaşma işlərinin davam etdirilməsi nəzərdə tutulub. Yaxın gələcəkdə bu yerlər öz yaşıllığı ilə göz oxşayacaq və şəhərdə ekoloji tarazlığın qorunmasına böyük töhfə verəcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz