/ / YAP gəncləri yaşıllıqlara qulluq göstərib

YAP gəncləri yaşıllıqlara qulluq göstərib

711 Baxış


Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının gənc fəalları könüllü olaraq şəhərin müxtəlif ərazilərində yaşıllıq zolaqlarına qulluq göstəriblər. Mütəmadi təşkil olunan iməclikdə partiyanın gəncləri park və xiyabanlarda küçə və prospektlərdə eləcədə Gəncənin hər iki giriş istiqamətində, yol kənarlarında mövcud olan yaşıllıqlara qulluq göstərirlər. Bu dəfə ki, iməclikdə isə partiya fəalları Gəncə-Şəmkir yolunun kənarında əkilən ağaclara və yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstəriblər. Ərazi alaq otlarından və məişət tullantılarından təmizlənib, qurumuş ağacların yerinə, yerli iqlim şəraitinə uyğun eldar şamı əkilib. Ağacların suvarılması üçün əraziyə müasir suvarma sistemi qurulub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz