/ / Naftalanda satıcısız mağaza fəaliyyətə başladı

Naftalanda satıcısız mağaza fəaliyyətə başladı

971 Baxış


Naftalan ölkədə yeniliyə imza atıb. Belə ki, Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Gözəl Naftalan” sanatoriya kompleksinin dəstəyi ilə satıcısız mağaza fəaliyyətə başlayıb. Sanatoriya ərazisində yaradılan mağaza 7/24 yerli, eləcə də xarici turistlərin ixtiyarındadır.
Satıcısız mağaza ölkədə ticarətdə yeni addım, yeni konseptdir. Burda alıcı qiyməti üzərində olan istədiyi məhsulu seçərək əldə edir, ödənişi isə qutuya atır. Yaxın günlərdə nağdsız ödənişlər üçün POS-terminal da quraşdırılacaq. Hazırda mağazada əsasən Naftalan istehsalı olan məhsullar yer alır, istehlakçıların istəyinə əsasən çeşidlər artacaq.
Pilot layihəni müəlliflər həm də ədalət testi adlandırırlar. Mağazaya nəzarət videomuşahidəylə həyata keçirilir.
Qeyd edək ki, 2019-cu ildə Naftalana gələn turistlərin sayı 40 min nəfərə çatıb ki, bu rəqəmin də 40%-ni xaricilər təşkil edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz