/ / Gəncənin Müseyib Bağırov, Dədə Qorqud və Nəriman Nərimanov küçələrinə asfalt örtüyü çəkilir

Gəncənin Müseyib Bağırov, Dədə Qorqud və Nəriman Nərimanov küçələrinə asfalt örtüyü çəkilir

808 Baxış

Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən Gəncənin küçə və prospektlərinin yenidən asfalt örtüyü ilə təmin olunması istiqamətində verdiyi tapşırıqlar uğurla həyata keçirilir.

Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası zamanı qazılan küçə və prospektlərə yeni asfalt örtüyü döşənir.

Müseyib Bağırov və Nəriman Nərimanov küçələrində yollara asfalt döşənir, səkilər istifadəyə yararlı hala salınır, işıqlandırma sistemləri quraşdırılır.

Artıq eni 9 metr, uzunluğu 1 km olan Dədə Qorqud küçəsində asfalt örtüyünün yenilənməsi başa çatdırılıb. Nəriman Nərimanov prospektindən Gülüstan qəsəbəsinə doğru hissədə isə hərəkət üçün yaranan çətinliklər aradan qaldırlır.

Qeyd edək ki, prospekt və küçələrin asfaltlanma işləri “Gəncə Körpü Tikinti” ASC-nin 20 ağır texnikası həyata keçirir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz