/ / Gəncə - Şah Abbas məscidi

Gəncə - Şah Abbas məscidi

1 647 Baxış

Şah Abbas məscidi

Gəncə.Bu şəhərə özünəməxsusluq qazandıran amillərdən biri də çoxsaylı məscidləridir.Əbəs yerə deməyiblər ki,

Çox yerdə vardır məscidi-came zəmanədə,
Heç yerdə yoxdur məscidinin tayı Gəncənin.

Şah Abbas məscid kompleksinin və hazırki Heydər Əliyev meydanının əsas kompanentini də məhz Şah Abbasın adını daşıyan Cümə məscidi təşkil edir.

Məscid 1606-cı ildə şah Abbasın göstərişi ilə Gəncənin yeni mərkəzi yaradılarkən inşa edilib.Şəhərin yaşlı sakinləri deyirlər ki,məscid tikilməzdən əvvəl şəhərlilərin bütün mal-qarası bu yerdə çəhlim salardı. Məscid çox möhkəm bünövrə üzərində tikilib.Kifayət qədər güclü olub xeyli tikililərə ağır xəsarət yetirən məşhur Gəncə zəlzələləri Şah Abbas məscidinə təsir göstərə bilməyib.Bəzi yazılarda səhvən Şah Abbas məscidi ticarət məscidi,tatar məscidi,fars məscidi də adlandırılıb.
Məşhur memar Şeyx Bahəddin Məhəmməd Amilinin planı üzrə inşa edilən Şah Abbas məscidinin Gəncədəki digər məscid abidələrinə xas olmayan bir sehri var. Belə ki, günün günortasında,saat 13:00-da binanın qərb divarına düşən kölgə itir ki,keçmişdə insanlar bununla günorta namazının başlama vaxtını bilərdilər. Maraqlı məqamlardan biri də, məscidin daxilində tikildiyi gündən bəri spesfik bir ətrin olmasıdır ki, bu gün də onu hiss etmək mümkündür.
Məscid binasında 12 kiçik hücrə var və onların hamısı bir-biri və ibadət zalı ilə tağlı koridorlarla əlaqələndirilib.204-kv metrlik ibadət zalı todan,yəni qadınlar üçün ayrılan ibadət yeri,minbər,3qat güzgülərlə üz çəkilən stalaktitli mehrab,nəbati ornamentli gəc şəbəkəli pəncərələri ilə diqqəti cəlb edir.Şah Abbas məscidinin üstü əvvəlcə mavi və yaşıl kaşı ilə bəzədilən gümbəzlə örtülüb.Onun üzərindəki metal örtük XX yüzilliyin əvvəllərində Gəncə Müsəlman Xeyriyə Cəmiyyətinin vəsaiti hesabına çəkilib. Qəbiristanlıq ərazisini çıxmaqla məscidin həyəti bişmiş kərpiclə döşənib.Müsəlmanlar yay mövsümündə həyətdə,qışda isə məscidin içərisində namaz qılardılar.
Şah Abbas məscidi came olaraq tikilib,üstündəki kitabədə də adı bu cür qeyd olunub.Came isə məscidin ən düzgün adıdır.
Çünki,islam aləmində həmişə şəhərin ən böyük mərkəzi məscidi came adlandırılıb.Gəncədə də belə olub.Məscidin adı yazılan kitabədə onun tikilmə tarixi ərəbcə və farsca hərflərlə,ortada isə ərəb rəqəmləri ilə yazılıb.Kitabədə onun kim tərəfindən tikdirildiyi belə qeyd edilib.”Bu nurlu came məscidinin banisi və bu qədim yadigarı bəxş edən müqəddəslərin ağası I Şah Abbas əl Hüseyni əl Musəvi əl Səfəvi Bahadur xandır”.Came məscidin tikilmə tarixi onun kitabəsinə əsasən 1606-cı il kimi qəti şəkildə həkk edilib.Məscidin üzərindəki bir cüt minarənin inşasını isə bəzi mənbələr17-ci əsrə ,digərləri 1855-ci ilə aid edirlər.

Məscid və minarələr bişmiş çiy kərpicdən tikilib.Məscidin əvvəllər mövcud olan mədrəsəsi dağıdılıb.Binanın xaricə açılan dərin baştağ eyvanları və ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir.İbadət salonu sahəsinin genişliyi və açırımların hündürlüyü ilə fərqlənir.Məscidə 3 yerdən daxil olmaq mümkündür.Onun içərisində 6 metr uzunluğunda və 5 metr hündürlüyündə minbəri var.Minbər sandal ağacından düzəldilən şəbəkədən və pilləkənlərdən ibarətdir. Şəbəkə 16-cı əsrin əvvəllərində Gəncədə inkişaf edən sənətkarlığın gözəl nümunəsidir.
Məscidin bir tərəfində hündürlüyü 4-5 metr olan güzgü mehrabı var.Bundan əlavə məscidin ağ gildən hazırlanan 5 şəbəkəli pəncərəsinin arxa tərəfləri rəngli şüşədən sənətkarlıqla düzəldilib.Məscidin 3 yerində şəbistan,yəni gecə vaxtı yeri var.Bunlar dindar və qonaq qadınların oturması üçün yaradılıb.12 hücrəli olan məscidin hücrələrində din xadimləri oturardılar.Həmin hücrələrin birində böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh uzun müddət işləyib.Deyilənə görə məsciddəki xəttatlıq işlərinin bəziləri Vazehin və onun atasının əl işləridir.
1885-ci ilin “Kavkazski kalendarın” da göstərilir ki,1794-cü ildə Qarabağ xanı Gəncəyə hücum edərkən məscid ciddi xəsarət alıb.1799-cu ildə bərpa olunarkən isə o vaxtki dövrün tələblərinə uyğun olunaraq milli ornament və rismanlarla bəzədilib.
Əsrlərdi dim-dik ayaqda duran Gəncənin Şah əsəri, Şah Abbas məscidində son restavrasiya işləri Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz