/ / GƏNCƏ HAVA LİMANI ÜÇÜNCÜDÜR

GƏNCƏ HAVA LİMANI ÜÇÜNCÜDÜR

2 186 Baxış



Gəncə Hava Limanı üçüncüdür
Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Moskva və İstanbula birbaşa uçuşların da həyata keçirilməsi üçün Gəncə hava limanı siyahıda üçüncü yeri tutub. Şəhər areoportu 154 min sərnişinə xidmət göstərib. Göstərici ötən illə müqayisədə 10 % artım qeydə alınıb.
Reytinqdə ilk yer Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsusdur. Paytaxt hava limanı ötən il 4 milyon 730 min sərnişinə xidmət göstərib ki, bu da bir öncəki illə müqayisədə 7 % çoxdur.
Siyahıda ikinci yerdə 1,5 % artım və 646 min sərnişinlə Naxçıvan, Gəncədən sonrakı – yəni dördüncü yerdə isə 18 min sərnişin və 14,5 % artımla Lənkəran hava limanları qərarlaşıb.
Ümumilikdə 2019-cu ildə ölkənin hava limanlarında sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz