/ / Gəncə Daşların Yaddaşı - CAVAD XAN KÜÇƏSİ

Gəncə Daşların Yaddaşı - CAVAD XAN KÜÇƏSİ

1 754 Baxış


Qədim binaları,enli yolları ,abad məhəllələri və möhtəşəm çinarları.
Ancaq, Gəncənin gözəlliyinə gözəllik qatan bir amil də var.Yaraşıqlı, enli küçə və dalanları.
Bu küçəni Gəncənin şah damarı adlandırırlar.Əbəs yerə deyil ki,şəhərin mərkəzi ,ən uzun və ilk salınan küçələrindən biri məhz odur.Küçə Gəncənin sonuncu xanı Cavad xanın şərəfinə adlandırılıb. Uzunluğu 435 metr olan Cavad xan küçəsi hazırda Gəncə şəhər əhalisi və turistlərin ən çox gəzdiyi,istirahət etdiyi məkanlardan biridir.Buna rəvac verən amil isə küçədə , Gəncə memarlığını özündə yaşadan qədim tikililərin,tarixi şəxsiyyətlərin yaşayıb yaratdığı mülklərin və Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən binaların yer almasıdır.
Salındığı zaman adı Yelizavetpol olub Cavad xan küçəsinin. Sovet dövründə küçə Mirzə Ələkbər Sabirin şərəfinə Sabir küçəsi adlandırılıb.
Bu küçədəki binaların birinci mərtəbəsi ticarət üçün ayrılırdı.Yuxarı mərtəbələrdəki yaşayış mənzillərinin və ümumiyyətlə,digər yaşayış evlərinin girişi dalanlardan idi.Küçədə bir çox xarici firmalar, mağazalar,mehmanxanalar və Avropa tipli mağazalar fəaliyyət göstərərdi.19-cu əsrin sonlarından bank kimi tikilən binadan yenə də bank kimi istifadə edilir.
Quberniya Bankı, Pitoyev bankir evi, Usubbəyovun kredit bankının binaları, "Rəfiyev qardaşlarının" Ticarət evi,"Babayev qardaşlarının "Qara" qasdranom mağazası, İzzət bəy Rüstəmbəyovun qramafon valları , həm avropa, həm də Asiya musiqisi yazılan _ mağazası , İosif Samuilovic Rudnikin kauçuk mağazası, Sukyasov qardaşlarının qastranom mağazası ,Hacı Həsənovun mətbəəsi və dəftərxana malları mağazası ,Əbilov və. Haqverdovun nəşriyatları,Zingerin mağazası və idarəsi "Zarya" sinematoqrafı məhz bu küçədə cəmləşib. Zarya sinematoqrafı isə, Engels adına uşaq kino teatrının yerində olub.
Küçədəki tikililərin əksəriyyəti qırmızı kərpicdən hörülən ikimərtəbəli binalardır.Memarlıq elementləri,pəncərələrin quruluşu,karnizlərin forması özünəməxsusluğuyla seçilsə də binalar memarlıq cəhətdən vahid ansambl təşkil edir.Burdakı binaların layihəsi küçənin quruluşunu təkrar edir.
Ümumiyyətlə Cavad xan küçəsindəki hər bir binanı təhlil etsək,onların bir-birinə həm memarlıq,həm də daxili və xarici quruluş cəhətdən uyğunlaşdırıldığının şahidi olarıq.Bu isə onu göstərir ki,küçə vahid plan əsasında salınıb,lakin təxminən yarım əsr ərzində burda bir sıra tikinti işləri aparılıb.
Küçədə ən böyük restavrasiya işləri 2011-2012-ci illərdə aparılıb.Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev və digər ölkə əhəmiyyətli tarixi binalar restavrasiya olunub.
Əbəs yerə deməyiblər ki, böyük şəhərlərin ürəyinə doğru gedən yollar kiçik küçə və məhəllələrdən keçir.Hər hansı bir şəhərin keçmişinə , ən-ənəsinə bələd olmaq istəyirsənsə keç o şəhərin küçə və məhəllələrindən.Gəncənin şah damarı olan Cavad xan küçəsinin timsalında

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz