/ / Azərbaycanda parlament seçkiləri keçirilir

Azərbaycanda parlament seçkiləri keçirilir

1 330 Baxış


Ölkənin hər yerində olduğu kimi Gəncədə də 4 dairə üzrə 111 məntəqədə saat 8-dən etibarən seçkilər start götürüb. Bütün məntəqələr üzrə seçkilərin şəffaf və maneəsiz şəkildə keçirilməsi üçün əvvəlcədən lazımı tədbirlər həyata keçirilib. Seçkilərin gedişatını yaxından izləmək üçün müşahidəçilərə lazımı şərait yaradılıb. Bununla belə məntəqələrin əksəriyyətində prosesin canlı izlənilməsi üçün veb kameralar quraşdırılıb. Müxtəlif səbəblərdən məntəqələrə gəlmək imkanı məhdud seçicilər üçün isə bütün məntəqələr daşınan qutularla təmin edilib. Havanın soyuq və şaxtalı olması belə seçiciləri səsvermədən yayındırmayıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkilərində 1314 nəfər namizəd qeydiyyata alınıb. Bunlardan 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizəddir, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir. Səsvermədə 5 milyon 329 min 460 seçicinin iştirak edəcəyi nəzərdə tutulur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz