/ / Sona Məhərrəmova İŞƏ DOĞRU verilişinin qonağıdır

Sona Məhərrəmova İŞƏ DOĞRU verilişinin qonağıdır

1 492 Baxış


Sona Sahib qızı Məhərrəmova 1989 cu il sentyabrın 17-sində Gəncə şəhərində anadan olub. 1996-cı ildə Əhməd Cavad adına 2 saylı tam orta məktəbə gedib. 2005-2009 -cu illərdə Gəncə Dövlət Humanitar kolleci bitirib.Hazırda Gəncə Gənclər Evində metodist eyni zamanda dekorativ tətbiqi sənət müəllimi vəzifəsində çalışır.Atası oymaçı rəssam, qardaşı isə gənclər arasında tanınmış rəssamdı. 2017-ci ildə Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ Tətbiqi Sənət”bölməsinin üzvlűk vəsiqəsini alıb.100-dən çox dövlət əhəmiyyətli sərginin iştirakçısıdır. 2013 -cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun elan etdiyi 4-cü qrant müsabiqəsində “Nağıllar Aləmi” adlı layihəsi ilə qalib olub və ilk fərdi sərgisi keçirilib. 2015-ci ildə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “İlin Mədəniyyət” işçisi elan edilib. 2016-cı ildə “Al Əlvan Qarabağ” müsabiqəsinin birincisi olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində “Yeddi Gözəl” adlı layihəsi ilə yenidən qalib olub. 2018-ci il Bakıda keçirilən “Qədim Azərbaycan Müasir Gənclərin gözü ilə” adlı art festivalda uğurlu iştirakına görə, Azərbaycan Respublikasının Gənclər və İdman naziri,hörmətli Azad Rəhimov tərəfindən diplomla təltif edilib. 2019-cu il Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən fəxri fərmana laiq görülüb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz