Emin Ağalarov - Gəncə konserti
admin
27-10-2019 22:26
538 Baxış
Azərbaycanın Xalq artisti Emin Ağalarov Gəncədə solo konsert verib.
Müğənninin məşhur hitlərini təqdim etdiyi konsertə yerli əhali böyük maraq göstərib.
Emin Ağalarovun yerli fanatlarının anşlaq yaratdığı gecədən görüntüləri təqdim edirik.
Konsert Gəncə sakinlərinin coşqusu və alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub.
Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb.