/ / Korona virusdan necə qorunmaq lazımdır?

Korona virusdan necə qorunmaq lazımdır?

870 Baxış


İlk olaraq Çinin Uhan şəhərində ortaya çıxan Karona Virusu sürətlə yayılmağa davam edir. Kimi bu virusdan qorunmağın yollarını axtarır , kimi isə bunun sadəcə bir şayə olduğunu düşünür. Virusun quruluşunu tədqiq edən elm adamları isə bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin edirlər. Karona virusunun ölkəmizə qədər gəlib çıxması ilə əhali arasında həyəcan yaradıb.Gündəmin əsas mövzusu olan Karona virusu ilə bağlı mütəxəssislərə müraciət etdik.
Mütəxəssislərində bildirdiyi kimi,bu virusa yoluxmamaq üçün mütəmadi olaraq əllərin yuyulması, xüsusi qoruyucu masklaların taxılması və şəxsi gigiyena qaydalarına nəzarət edilməsi vacibdir. Bu virusun simptomları ümumən soyuqdəyməyə bənzərdir.Bildirilib ki, virus xüsusi ilə yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilər.
Korona virusu haqqında bildiyimiz odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir.Lakin ondan qorunmaq əslində o qədər də çətin deyil. Bu səbəbdən məsələ ilə bağlı əczaçılar da əhaliyə öz məsləhətlərini verərək son günlər tibbi spirtlərə və maskalara təlabatın artığını qeyd ediblər.
Korona virusu üçün xüsusi bir müalicə yoxdur. Çox vaxt simptomlar öz-özünə yox olur.Həkim resepti ilə alınan ağrı kəsicilər və ya antipiretik dərmanlar simptomları rahatlaşdıra bilər. Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəmizdə xəstə və xəstəliyə şübhəli şəxslər üçün xüsusi karantinlər hazırlanıb və onların müayinəsi üçün lazımı şərait yaradılıb. Həmçinin vəziyyətin tam nəzarət altında olduğunu bildiriblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz