/ / GƏNCƏ KÖNÜLLÜLƏRİ 2020-Nİ DAHA FƏAL KEÇİRƏCƏKLƏR

GƏNCƏ KÖNÜLLÜLƏRİ 2020-Nİ DAHA FƏAL KEÇİRƏCƏKLƏR

1 858 Baxış



2020-ci ilin ölkədə könüllülər ili elan edilməsi bu hərəkata qoşulan gəncləri daha da fəallaşdırıb. Gəncədə də könüllü gənclər onlara həsr olunan bu ili daha məsuliyyətli və fəal başa vurmağa söz veriblər.

Azərbaycanda bir çox beynəlxalq layihələrin reallaşmasında xüsusi rola malik olan könüllülük fəaliyyəti ölkə prezidenti tərəfindən də daim yüksək qiymətləndirilib. 2020- ci ilin Azərbaycanda könüllülər ili elan edilməsi də bunun bariz nümunəsidir. Gənclərin inkişaf etdirilməsində, onlarda sosial məsuliyyət və vətənpərvərlik hissinin artırılması eləcə də potensiallarından səmərəli istifadə, könüllülük fəaliyyətinin əsas prinsipi hesab olunur. İnsanları vahid niyyət ətrafında birləşdirən könüllülük həm də gənclərə, xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılığı aşılayır.

Bu gün ölkədə könüllülük fəaliyyətinin inkişafı üçün bütün zəruri addımlar atılır. Normativ hüquqi bazanın formalaşdırılması, dövlət dəstəyi mexanizmləridə fəaliyyəti daha genişləndirir. Artıq ümummilli hərəkata çevirilən bu misyaya respublikanın hər yerindən minlərlə gənc qoşulur. Gəncəli gənclərdə fəaliyyət çərçivəsində bir çox uğurlara imza atıblar.

Bu il Gəncədə könüllülərin iştirakı ilə beynəlxalq və respublka səviyyəli daha bir neçə layihənin icrası nəzərdə tutulur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz