/ / Təranə Qasımovanın səhhəti etibarlı əllərdədir

Təranə Qasımovanın səhhəti etibarlı əllərdədir

799 Baxış


Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim. Lakin vətənin vətən daşına, onun birparçasına çevirilmək tək hünərli oğulların deyil elə qeyrətli qızlarında istəyidir. Azərbaycanın tarixində də kifayət qədər vətəninin birparçasına çevrilən hünərli, qeyrətli qadınlar olub. Belə qadınlardan biri də Qarabağ döyüşlərinin iştirakçısı Təranə Qasımovadır. 1-ci Qarabağ döyüşlərində erməni qəsplkarlığına dözməyərək vətənin müdafiəsi uğrunda könüllü olaraq cəbhəyə yollanan Təranə Qasımova xüsusən də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə böyük şücayət göstərib. Maraqlı məqam ondadır ki, Təranə Qasımova bütün bu döyüşlərdə öz doğma qardaşı Rauf Abdullayevlə çiyin- çiyinə vuruşub. Vətəninə torpağına bağlı olan bacı-qardaşı isə 1993-cü ildə düşmən gülləsi ayırır. Rauf Abdullayev ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalır. Bundan sonra da Təranə Qasımova müxtəlif hərbi əməliyyatlarda iştirak edir, düşmənə qarşı amansızlıq nümayiş etdirir. Uzun illər ön cəbhədə vətənin keşiyində dayanan qəhrəman qadın, cəbhədə atəşkəs elan olunandan sonra da polkovnik leytenant kimi hərbi fəaliyyətini davam etdirir. Lakin çox keçmir ki, həyat Təranə Qasımovaya amansız davranır. Səhhətində baş qaldıran problemlərlə mübarizə aparan Təranə Qasımovaya bu dəfə tale daha ağır zərbə vurur. İki övladından biri qəfil dünyasını dəyişir. Düşmən gülləsinə sinə gərən məğrur qadını övlad dərdi yıxır. Şəhid bacısı, müharibə veteranı, qəhrəman qadın Təranə Qasımovanın səhhəti tamamilə pisləşir, hərəkət və nitq qabiliyyətini itirir. 57 yaşlı qəhrəman hazırda yaxınlarının himayəsində yaşasa da, sosial və tibbi qayğılar həm onu həm də yaxınlarına çətinlik yaşadır.

Gəncə tv kollektivi olaraq biz də bu qayğıya və yardıma biganə qala bilməzdik. Sosial şəbəkələrdə aktuallaşdırdığımız mövzuya və çağırışa Gəncə Beynəlxalq Xəstəxanasından müsbət cavab aldıq. Dərhal hərəkətə keçən Gəncə Beynəlxalq Xəstəxanasının peşəkar həkim briqadası Təranə Qasımovanın yaşadığı ünvana gələrək onu Cənubu Qafqazın ən modern xəstəxanasına təxliyə olunmasını reallaşdırdılar. Vətəninə, millətinə sədaqətlə xidmə edən qəhrəmanın sağlamlığını yenidən bərpa etmək üçün xəstəxananın peşəkar həkimləri, tibbin son naliyyətlərindən istifadə edəcəklər.

İndi Təranə Qasımovanın səhhəti daha etibarlı əllərdədir. Bu sevinci onun gözlərində də görmək mümkündür.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz