/ / Gəncədə partlayan binanın tikintisi başa çatdırılır

Gəncədə partlayan binanın tikintisi başa çatdırılır

1 449 Baxış


Gəncənin Şahlar Hüseynov 13 A ünvanında, qaz sızması nəticəsində partlayan binanın yerində inşa edilən yeni binada işlər başa çatmaqdadır. 5 mərtəbəli, 50 mənzildən ibarət bina bu ilin 1-ci rübündə yaşayışçılara təhvil verilməsi nəzərdə tutulur. 2 blokdan ibarət binanın ümumi sahəsi 4570 kvadrat metrdir. Binadakı 50 mənzilin 22-i bir otaqlı, 16-sı iki otaqlı, 12-i isə üç otaqlıdır. Binanan isidilməsi mərkəzi istilik sisitemi vasitəsi ilə həyata keçiriləcək. Daxili təmir işləri artıq son mərhələdədir. Hazırda işlərin əsas hissəsi həyətyanı sahənin abadlaşdırılması və binan fasadında aparılır.
İşlərin vaxtında başa çatdırılması üçün ərazidə yetərli sayda canlı qüvvə və texnika çalışır. Son tamamlama işləri başa çatdıqdan sonra sakinlərin mənzillərə köçürülməsi prosesinə başlanılacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz