/ / Gəncədə Xocalı qurbanları yad edilib

Gəncədə Xocalı qurbanları yad edilib

1 389 Baxış


Gəncədə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı yeni salınan qəsəbədə faciənin 28-ci ildönümü böyük izdihamla anılıb. Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ziyalılar, ictimaət nümayəndələri və yüzlərlə vətəndaş iştirak edib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirilən soyqırım, erməni vəşiliyinin və amansızlığının ən bariz sübutu kimi qiymətləndirilib. Bu gün artıq dünyanın bir çox ölkəsində Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktı kimi qəbul olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Xalqımızın başına gətirilən, bəşər tarixində misli görünməyən bu faciənin hər biri azərbaycanlının qan yaddaşından silinməyəcəyi ifadə olunub.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının kollektivi tərəfindən Xocalıya həsr olunan şerlər səsləndirilib, müxtəlif kompazisyalar nümayiş etdirilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz