/ / Naftalan Xocalıya ədalət istədi

Naftalan Xocalıya ədalət istədi

1 177 Baxış


Naftalanda Bayraq Meydanında dalğalanan Azərbaycan Respublikasının üç rəngli dövlət bayrağı bir günlük endirilib. Şəhər ümumxalq hüzn gününü qeyd edib. Bu münasibətlə Şəhidlər Abidəsinə toplaşanlar arasında Naftalan Şəhər İcra hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri və turistlər də olub. Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov abidə önünə gül dəstələri düzüb, Xocalı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların əziz xatirələrini yad edib. Matəm gününü qeyd edənlər dünyaya səslənərərək Xocalıya ədalət istəyiblər.
Daha sonra tədbir dəyirmi masa arxasında davam edib. Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov Xocalı faciəsini ən qəddar terror aktlarından, XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən biri adlandırıb. Bildirib ki, bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır.
Digər çıxış edənlər qeyd ediblər ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz