/ / Şəhid hərbiçimiz Gəncədə dəfn olundu

Şəhid hərbiçimiz Gəncədə dəfn olundu

764 Baxış


Fevralın 15-i Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Seymur Ələsgərov yaşadığı Gəncə şəhərinin şəhidlər xiyabanında dəfn olunub. Şəhidin dəfnində şəhər ictimiyyətinin nümayəndələri, ilə yanaşı, yüzlərlə şəhər sakini iştirak edib. Mərasimdə həmçinin Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, şəhidin hərbi xidmət yoldaşları iştirak ediblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu diqqətə çatdıraraq, vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə ediblər.
Şəhidin xatirəsinə yayılım atəşi açılıb. Tabutu üzərinə örtülən üç rəngli Azərbaycan bayrağı şəhid yaxınlarına təqdim olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz