/ / Gəncədə saat 15:00-a olan seçici fəallığı açıqlandı

Gəncədə saat 15:00-a olan seçici fəallığı açıqlandı

1 290 Baxış


Mərkəzi Seçki Komissiyası bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən saat 15:00 – a qədər respublika üzrə 2.090 min 589 nəfər səs verib və seçici fəallığı 39.23 faiz olub.
37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə 25 məntəqədə 12148
nəfər seçkidə iştirak edib. Seçici fəallığı 36.3% faizdir.
37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var. Dairə Seçki Komissiyası üzrə seçici sayı 33 469 nəfərdir. Onlardan 32 899 nəfəri açıq, 570 nəfəri isə qapalı məntəqədə səs verəcək.
Qeyd edək ki,37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə seçki prosesini 562 yerli, 9 beynəlxalq müşahidəçi izləyir.8 saylı məntəqə üzrə 1236 nəfər seçici var.
Qeyd edək ki,37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb. 18 yaşı tamam olan seçici sayı 2 nəfərdir. 37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə ən yaşlı seçicilər 100 yaşlı Həsənova Nabat Hüseyn qızı və Cəfərov Qüdrət İsmayıl oğludur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz