/ / Gəncədə 20 Yanvar şəhidləri hörmət və ehtiramla anılıb

Gəncədə 20 Yanvar şəhidləri hörmət və ehtiramla anılıb

1 486 Baxış



Bu gün 20 Yanvar faciəsindən 30 il ötür.
Bu gün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsinin baş verməsindən 30 il ötür. 20 Yanvar Ümumxalq Hüzün günüylə bağlı respublikamızın hər yerində olduğu kimi Gəncədə də anım tədbiri keçirilib. Şəhidlər Xiyabanında baş tutan mərasimdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri, eləcə də sakinlər iştirak ediblər. Tədbir iştirakçıları azadlığımız uğrunda canlarından kəçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyublar. Bu faciə nəticəsində ümumilikdə 147 nəfər öldürülüb, 638 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Matəmlə bağlı saat 12:00 da nəqiliyyat vasitələrinin hərəkəti 1 dəqiqəlik dayandırlaraq siqnal səsləndirilib. Bu günü Ümumxalq Hüzün günüylə yanaşı, həmdə xalqımızın azadlıq mübarizəsinin baslanğıcı kimi də görmək olar. Bələ ki, 20 Yanvar günü şəhid olan oğul və qızlarımız öz canları, qanları bahasına olsa belə azadlığımızı, müstəqilliyimizi əldə edə bildilər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz