/ / Gəncədə “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib

Gəncədə “Xocalı tarixin qan yaddaşı” adlı tədbir keçirilib

1 308 Baxış


Gəncədə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalıya Ədalət kompaniyası çərçivəsində E-MEDİA GROUP-un təşkilatçılığı ilə peşəkar rəssamların və heykəltəraşların əl işləlrindən ibarət “Xocalı Tarixin Qan Yaddaşı” adlı anım tədbiri və rəsm sərgisi keçirilib. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında baş tutan tədbirə, şəhər ictimayətinin nümayəndələlri, ziyalılar, Xocalı sakinləri, çoxsayda rəssam və heykəltəraş qatılıb. İlk olaraq E-MEDİA GROUP-un ərsəyə gətirdiyi, Xocalı soyqrımına həsr olunan qısametrajlı film nümayiş etdirilib. Daha sonra söz alan natiqlər, xalqımızın başına gətirilən faciədən, 1992-ci ildə erməni vandallarının Xocalıda dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklə törətdikləri soyqrımın acı kerçəkliklərindən danışaraq, bu faciənin hər bir Azərbaycanlının qan yaddaşına əbədi həkk olunduğunu ifadə ediblər. Dövlətin apardığı uğurlu siyasət nəticəsində, artıq dünyanın bir çox ölkələrinin bu faciəni soyqrım kimi qəbul etdiyi diqqətə çatdırılıb. Tədbirdən sonra iştirakçılar faciəyə həsr olunan rəsm sərgisi ilə tanış olublar.
Xocalıya Ədalət beynəlxalq kompaniyası Azərbaycandan sonra Qonşu Gürcüstan və digər dövlətlərdə də təşkil olunacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz