/ / Gəncənin lift təsərrüfatı yenilənir

Gəncənin lift təsərrüfatı yenilənir

915 Baxış


Gəncədə, sakinləri narahat edən daha bir problemin həlli başa çatmaq üzrədir. Söhbət sovet dönəmindən qalan və istismar müddətini başa vuran liftlərdən gedir. Şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı, əlavə tədbirlər haqqında ölkə prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilən yenilənmə işlərində Gəncənin 35 çoxmərtəbəli binasında istismar müddətini başa vuran 92 lift yenilənir. Buda öz növbəsində hündürmərtəbəli binalarda yaşayan sakinlərin mənzillərinə rahat və təhlükəsiz şəkildə qalxıb düşmələrini asanlaşdıracaq. Hazırda işlər Heydər Əliyev prospekti 149-da yerləşən binada da vam etdirilir.
Aparılan işlər çərçivəsində bu günədək 70-dən çox liftin dəyişdirilməsi başa çatdırılıb. Martın sonuna kimi istismara yararsız liftlərin dəyişdirilməsi yekunlaşdırılacaq. Hazırda Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin balasında 201 lift istismar olunur ki, onlardan da 126-sı 2006-2013-cü illərdə mərhələli olaraq dəyişdirilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz