/ / Gəncədə ictimai nəqliyyat vasitələri və taksilər dezinfeksiya olundu

Gəncədə ictimai nəqliyyat vasitələri və taksilər dezinfeksiya olundu

631 Baxış


Gəncədə koronavirus infeksiyasının yayılması təhlükəsinə qarşı dezinfeksiya işləri davam etdirilir. Bu dəfə şəhərdaxili ictimai nəqliyyat vasitələri dezinfeksiya edilib. Avtobusların saxlandığı qarajda nəqliyyat vasitələri reyslərdən gəldikdən sonra yuyucu məntəqədən keçərək, dərmanlanıb.
Nəqliyyat vasitələrinin salonları , oturacaqlar, tutacaqlar, qapı, pəncərə və sürücü əyləşən hissə xüsusi çiləyicilərlə dezinfeksiya olunub. Dezinfeksiya tədbirlərini ,Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı xidməti, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları birgə aparır.
Bildirilib ki, Kəskin respirator infeksiyasiyalarının yayılmasının qarşısını almaq üçün Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin mütəxəssisləri tərəfindən bu proseslərin həyata keçirilməsinə ciddi nəzarət edilir. Qeyd edilib ki, əhalinin sıx istifadə etdiyi sərnişin avtobuslarında dezinfeksiya işləri mütəmadi olaraq aparılacaq. Dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən gündəlik olaraq şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərir.
Bundan başqa əhalinin son zamanlar daha çox üz tutduğu bütün taksilər təmənnasız olaraq növbəli şəkildə dezinfeksiya olunub.Şəhər ərazisində daim xidmət göstərən taksilərin oturacaqları, qapı və pəncərələri dərmanlanıb. Hətta sürücülər özləri bildiriblər ki, lazımi qurumlara müraciət edərək avtomobillərinin dərmanlanmasını istəyiblər.
Bütün bunlarla yanaşı Virusa yoluxma hallarının qarşısının alınması və bu sahədə aparılan müvafiq tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə sürücülərə xüsusi tapşırıqlar verilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz