/ / Gəncədə “Mən kosmonavt olmaq istəyirəm” layihəsinin seçim turu keçirilib

Gəncədə “Mən kosmonavt olmaq istəyirəm” layihəsinin seçim turu keçirilib

1 035 Baxış


Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında “Mən kosmonavt olmaq istəyirəm” adlı layihəsinin seçim turu keçirilib. Müsabiqədə müxtəlif yaş qrupları üzrə uşaqlar iştirak ediblər. Onlar verilən məntiqi sualları cavablandırıblar. Sualları düzgün cavablandıran azyaşlılar növbəti mərhələyə vəsiqə qazanaraq Qeydiyyatdan keçən şagirdlər həmçinin, müsahibə vasitəsi ilə seçilərək “Mars Academy Gəncə” kurslarında ödənişsiz robotiks dərsləri keçmək şansı qazanacaqlar.

Gəncə ofisinin idarəçisi Jalə Bədirova bildirib ki, bu layihənin məqsədi uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması, kosmonavtika sahəsinə azyaşlıların cəlb olunmasıdır. Eyni zamanda bu layihədə iştirak edən hər bir azyaşlıda, ruh yüksəkliyi yaradaraq gələcəyin proqramistlərini, kompyuter mütəxəssislərini və kosmonavtlarını yetişdirməkdir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz