/ / Gəncədə millət vəkilləri vətəndaşları karantin rejiminə ciddi əməl etməyə çağırıblar

Gəncədə millət vəkilləri vətəndaşları karantin rejiminə ciddi əməl etməyə çağırıblar

668 Baxış


Gəncədə millət vəkilləri vətəndaşları karantin rejiminə ciddi əməl etməyə çağırıblar.
(COVİD-19) pandemiyasına qarşı Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın ölkə ərazisində tətbiq etdiyi karantin rejimi Gəncədə də ən ciddi şəkildə nəzarətdə saxlanılır. Bunun üçün Gəncədə yaradılan operativ qərərgah bir sıra tədbirlər və reydlər həyata keçirir. Ötən gün təşkil olunan növbəti reyddə isə operativ qərərgahın nümayəndələri ilə yanaşı Gəncə şəhər ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Yeni Azərbaycan Partiyasının Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov eləcə də Kəpəz rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev, Nizami rayon bələdiyyəsinin sədri Qoşqar Məmmədov, və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları iştirak ediblər. Şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən iri ərzaq mağazalarına baş çəkən rəsmilər, əhalinin kütləvi şəkildə alış-veriş etdiyi iri ərzaq mağazalarında, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını və sanitar gigiyeniq normalarının vəziyyətini araşdırıblar. Mağazalarda çörək, ət və ət məhsullarının, eləcə də xüsusi qablaşdırılmayan məhsulların satışına cidddi nəzarət olunması sahibkarlara tövsiyyə olunub.
Bununla belə xüsusi risk qrupuna daxil olan yaşı 65-dən yuxarı və karantin qaydalarına məhəl qoymayan vətəndaşlarla marifləndirici söhbətlər aparılıb.
Karantin rejimi qaydalarından biridə vətəndaşlar arasında xüsusi məsafə diqqət yetirməkdir. Bu məqsədlə millət vəkilləri baş çəkdikləri mağazalarda alıcılara bu qaydalara əməl etməli olduqlarını vacibliyinin xatırladıblar. Kassa və digər növbələr zamanı həmçinin alış- veriş etdikdə digər şəxslərlə ən azı 2metr məsafə saxlanılması izah olunub. Və bunun üçün obyekt rəhbərlərinə xüsusi tövsiyyələr edilib.
Mağazalarda sanitar gigyeniq qaydaların tətbiqi və məhsull bolluğu alıcılarıda razı salıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərərgahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq vətəndaşların ehtiyyac olmadıqca evdən çıxmamalarını və virusun yayılma arialının genişlənməməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinin mobil qrupları da 24 saat xidmət göstərir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz