/ / YAP Gəncə şəhər Təşkilatı növbəti dəfə yardım aksiyası təşkil ediblər

YAP Gəncə şəhər Təşkilatı növbəti dəfə yardım aksiyası təşkil ediblər

607 Baxış


Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı bu dəfə koronavirus pandemiyası ilə əlaqədar, yaş baxımından risk qrupuna daxil olan partiyanın veteran üzvlərinə tibbi ləvazimat və ərzaq yardımı göstəriblər. Nazirlər Kabineti yanında operativ qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı ahıl vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq həyata keçirilən aksiyada YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev partiyanın yaşlı üzvlərinə yardımların çatdırılmasında bilavasitə iştirak edib.

Onların qayğıları ilə yaxından tanış olan millət vəkili, vətəndaşlara karantin qaydalara qeyri şərtsiz əməl etmələrinin vacib olduğunu bildirib. Bu müddət ərzində Yeni Azərbaycan Partiyası tərəfindən onlara lazımı yardımların ediləcəyini və bunun üçün partiya təşkilatında qaynar xəttin fəaliyyət göstərdiyini qeyd edib.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı karantin rejimi tətbiq olduğu gündən aktiv olaraq müxtəlif marifləndirici və yardım aksiyaları keçirən YAP Gəncə şəhər təşkilatı, bu misiyanı karantin müddəti bitənədək mütəmadi olaraq davam etdirəcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz