/ / #evdəqal #həyatevdədir Gəncədə ahıl kimsəsizlərə ərzaq paylanılıb

#evdəqal #həyatevdədir Gəncədə ahıl kimsəsizlərə ərzaq paylanılıb

677 Baxış


Gəncədə koronavirusla bağlı risk qrupuna daxil olan yaşlı vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyetinin birgə təşəbbüsü ilə ərzaq yardımı göstərilib. Məqsəd risk qrupuna daxil olan vətəndaşların evdə qalmalarına nail olmaq və beləliklə onları mümkün olduğu qədər virusa qarşı qorumaqdır. Bunun üçün ahıl vətəndaşlara içərisində gündəlik istifadə olunan ərzaq məhsulları və tibbi ləvazimatlar qoyulan yardım bağlamaları çatdırılıb.
Gəncənin Nizami ve Kəpəz rayonları üzrə həyata keçirilən aksiyada sovqatların vətəndaşlara çatdırılmasında hər zaman olduğu kimi YAP Gəncə şəhər təşkilatının fəalları yaxından iştirak ediblər. Qeyd olunan ərazilərdə yaşayan ahıl və xüsusi qayğıya ehtiyyacı olan vətəndaşlara yardımların çatdırılması ilə yanaşı onların səhhətləri və qayğıları ilə də yaxından maraqlanılıb. Yardımlar xüsusi karantin rejimi başa çatana kimi mütəmadi olaraq həyata keçiriləcək.





AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz