/ / Gəncədə kimsəsiz ahıllar dövlət qayğısı ilə əhatə olunub #evdəqal #həyatevdədir

Gəncədə kimsəsiz ahıllar dövlət qayğısı ilə əhatə olunub #evdəqal #həyatevdədir

844 Baxış


#evdəqal #həyatevdədir
Gəncənin Nizami rayon icra hakimiyyəti, Nizami rayon Bələdiyyəsi ilə birgə, şəhər icra hakimiyyətinin dəstəyi olmaqla, koronavirus pandemiyası ilə əlaqədar Nizami rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı ahıl və kimsəsiz vətəndaşlara baş çəkiblər. Risk qrupuna daxil olan və xüsusi qayğıya ehtiyyac duyan vətəndaşların evdə qalmalarını və sağlamlıqlarını qorumaq məqsədi ilə həyata keçirilən aksiya çərçivəsində Nizami bələdiyyəsi tərəfindən bu kimi insanlara ərzaq yardımı və dezinfeksiyaedici və qoruyucu tibbi vasitələr verilib.
Bununla belə risk qrupuna daxil olan vətəndaşlara Nizami bələdiyyəsi tərəfindən hazırlanan və virusdan qorunmağın yollarını özündə əks etdirən marifləndirici bukletlərdə paylanılıb.
Qeyd edək ki, Nizami rayon ərazisində yaşayan, xüsusi qayğıya ehtiyyac duyan ahıl və kimsəsizlər 24 saat bələdiyyə işçiləri tərəfindən nəzarətdə saxlanılır və onların sosial qayğılarının aradan qaldırılması üçün köməklik göstərilir. Yardım aksiyası mütəmadi olaraq həyata keçiriləcək.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz