Gənc alpinist Turan Əhmədov "İşə Doğru" verilişinin qonağıdır
admin
14-10-2019 21:34
744 Baxış
Risk, macəra anlayışlarını çox vaxt xarici ölkələrin gənclərinə xas olan bir hərəkət kimi qəbul edirik. Halbuki, Vətənimizdə də riskli insanlar, xüsusilə də gənclər az deyil. Gəncədə yaşayan Turan Əhmədov də məcara axtaran gənclərdəndir. O. “Everest Dağçılar” İdman Klubunun üzvüdür və Vətənimizin bir neçə dağ zirvələrinə qalxıb, dünyanın ən hündür məkanı olan Himalay dağlarına təkbaşına səyahət edib. Ekstremal dağçı Afrika qitəsinin ən hündür dağı olan Klimancaroya yürüş edib və Azərbaycan bayrağını Klimancaronun zirvəsində dalğalandırıb.
Gəncə TV-nin “İşə Doğru” verilişinin bu dəfəki qonağı Turan Əhmədovdur.
Verilişin aparıcısı Ayaz Hüseynov Turan Əhmədovla həmsöhbət olub, bir çox maraqlı məqamlara toxunublar.