/ / Gəncədə yollar yuyuldu, yaşayış binaları dezinfeksiya edildi

Gəncədə yollar yuyuldu, yaşayış binaları dezinfeksiya edildi

552 Baxış


Səhər saatlarından şəhərin Kəpəz rayonundan start götürən işlər ilk əvvəl xiyabanları, parkları, prospektləri əhatə edib. Bu işdə onlarla texnika səfərbər olub. Səkilər, asfalt örtüyü texnikaların köməyilə xüsusi maddələrlə yuyulub. Gəncənin Kəpəz rayonunda aparılan dezinfeksiya işləri paralel olaraq Nizami rayonunda da həyata keçirib. Bu ərazidədə qabaqlayıcı tədbir işlərinə onlarla texnika, 100-ə yaxın canlı qüvvə cəlb edilib. Kəpəz rayonu ərazisində isə 50-yə yaxın çoxmənzilli binanın girişi, zirzəmiləri, liftləri dezinfeksiya edilib.Bu günkü işlər xüsusi ayrılmış briqada tərəfindən 4 istiqamətdə həyata keçirilib. Gün ərzində Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərindəki, habelə Cavadxan, Həsən Əliyev, Şeyx Bahəddin, Azərbaycan Bayrağı, Şeyxzamanov, Şahlar Hüseynov, DədəQorqud və digər küçələrdəki binalarla yanaşı, piyada keçidlərində də dezinfeksiya işləri aparılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz